13:27
04 İyul 2020

Ermənistanda danışılmış oyunlara görə kütləvi cəzalandırmalar


Ermənistan çempionatının birinci dəstəsində 2019/20 mövsümünü yarımçıq başa çatdırılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi verib.

Buna koronavirus pandemiyası deyil, danışılmış oyunlar səbəb olub. UEFA və hüquq-mühafizə orqanlarından alınan məlumatlar əsasında 18 iştirakçı klubdan 5-i və 58 şəxs müxtəlif müddətdə diskvalifikasiya olunub. Bu klublar “Araqats”, “Torpedo”, “Masis”, “Lokomotiv” və “Yerevan”dır. Cəzalanan şəxslərdən 45-i ömürlük futboldan kənarlaşdırılıb.

Qeyd edək ki, çempionat başa çatdırılan vaxt “Van” və “Lokomotiv” 70 xalla lider idi.

Dİgər xəbərlər