Qardaş qardaşının qanını tökdü
04 iyul 2020 09:07 (UTC +04:00)

Qardaş qardaşının qanını tökdü

Zaqatalada qardaş qardaşı bıçaqlayıb. 

APA-nın şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini, 1988-ci il təvəllüdlü Sərxan İsmayıl oğlu Abdullayev sağ boğaz nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. 

S. Abdullayevə lazımi tibbi yardım göstərilir, müalicəsi xəstəxanada davam etdirilir. S. Abdullayevin vəziyyətinin orta-stabil olduğu bildirilir. 

# 2617
avatar

Oxşar yazılar