8281
18:00
03 İyul 2020

Şəxsi avtomobillərə də SMS-lə icazə alınacaq

“İnsanlar hazırda SMS-lə yalnız özlərinə icazə alırlar”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Dövlət Agentliyinin sədri deyib ki, artıq normativ aktların üzərində SMS-lə icazə alınarkən avtomobilin də ora daxil edilməsi ilə bağlı iş gedir: “5 iyuldan insanlar SMS-lə icazə alarkən avtomobillərini də daxil etməlidir. Artıq bununla bağlı normativ hüquqi aktlar hazırlanır. Qanunvericilik icazə verəndən sonra bu sahədə tənzimləmə həyata keçirəcək”.