"Son zəng" keçirənlər cərimələndi - FOTO
03 iyul 2020 11:15 (UTC +04:00)

"Son zəng" keçirənlər cərimələndi - FOTO

Qubada “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

DİN mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində “Son zəng” şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub.

# 2359
avatar

Mehman Nəbiyev

Oxşar yazılar