“WhatsApp”da bir neçə YENİ FUNKSİYA
02 iyul 2020 16:32 (UTC +04:00)

“WhatsApp”da bir neçə YENİ FUNKSİYA

 

Populyar “WhatsApp” messencerinin tərtibatçıları mütəmadi olaraq yeni funksiyalar üzərində işləyirlər.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, növbəti yeniləmə sayəsində “WhatsApp” messencerində bu və ya digər emosiyaları ifadə etməyə imkan verən animasiyalı stikerlər istifadəyə verilib.

Şirkət əvvəllər sınaqdan keçirilmiş bir sıra stikerlər çıxarıb. Bundan başqa, mobil proqramın masaüstü versiyasında qara rəng sxemi əlçatandır.

Yenilənmiş “WhatsApp” messencerində, həmçinin QR kodlardan istifadə senarisi xeyli genişləndirilib: məsələn, şəxsi kodu skan etmək yolu ilə istifadəçinin tez bir zamanda əlavə edilməsi imkanı reallaşdırılıb. Messencerin komandası iddia edir ki, bu alqoritm ənənəvi axtarış sistemindən daha sürətli işləyir.

İstifadəçilər üçün təkmilləşdirilmiş videozəng funksiyası da əlçatan olub. İndi videokonfransda 8-dək insan iştirak edə bilər. Proqramın interfeysi bir toxunuşla videoseans iştirakçılarından istənilən birinin yaxınlaşdırılması funksiyasını nəzərdə tutur. Və nəhayət, “WhatsApp” messenceri “KaiOS” əməliyyat sisteminin idarəetməsi altında işləyən düyməli telefonlar üçün daha yaxşı uyğunlaşdırılıb.

# 12586
avatar

Oxşar yazılar