Düzgün idman matını necə seçməli?
30 iyun 2020 19:43 (UTC +04:00)

Düzgün idman matını necə seçməli?

İdmanın faydalarını hamı bilir. Mütəxəsislər bildirir ki, yaşından asılı olmayaraq hər kəs gündəlik idman hərəkətləri etməlidir. Hazırki vəziyyət idmansevərləri zallardan məhrum edib. Çarəni açıq havada gəzişməkdə görənlər də pandemiya səbəbindən evdə qalmalı olurlar. Amma bu o demək deyil ki, idman etməməliyik. Ev şəraitində də idman hərəkətləri etməklə formada qalmaq mümkündür. Bunun üçün mütəxəsisslərin tövsiyələrindən ibarət videoçarxları izləməklə yanaşı, düzgün idman alətləri seçmək də vacibdir.

Məsələn, demək olar izlədiyimiz bütün idman videolarında rast gəldiyimiz, amma mahiyyəti haqqında bir çoxlarımızın məlumatsız olduğu idman matı. Əgər evdə idman edirsinizsə, düzgün mat şərtdir. Xalçada və ya yerdə idman etmək zədələnmələrə səbəb ola bilər. 

Lent.az xarici KİV-ə istinadən düzgün idman matı alarkən diqqət etməli olduğunuz məqamları təqdim edir:

1. Altı sürüşkən olmamalıdır.

2. Üst hissəsi tam hamar olmamalıdır.

3. Qalınlığı 1-2 sm ola bilər.

4. Aldığınız matın uzunluğu boyunuzdan uzun olsun. Eyni qayda eninə də aiddir. Üzərində ortada uzananda yan tərəflərdə yer qalmalıdır.

5. Mat sıx materialdan olmalıdır. Yəni süngər kimi ovulan materialdan yox.

Düzgün yoqa matı adi idman matından bir qədər fərqlənir. Yoqa matının altı sürüşkən olmamalıdır. Üstü hamar və yapışqan hissi verməlidir. Qalınlığı maksimum 6 mm olsa yaxşıdır. Adətən, idman matından daha uzun və enli olur. Diqqət edin. boyunuzdan uzun, həm də eni geniş olsun.

Sonda qeyd edək ki, matın uzunömürlü olması üçün hər istifadədən sonra nəm əski ilə silin. Hər gün işlədirsinizsə. həftədə bir dəfə zəif sabunlu su il yuyun.

 

 

# 3142
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar