"Vətənimizə və Sizə sadiqik" - Prezidentə yazırlar
29 iyun 2020 16:01 (UTC +04:00)

"Vətənimizə və Sizə sadiqik" - Prezidentə yazırlar

Azərbaycan vətəndaşları respublikanın müxtəlif bölgələrindən Prezident İlham Əliyevə təşəkkür məktubları göndərməkdə davam edirlər. Belə məktublardan birini Tərtər rayonundan Etibar Əhmədov göndərib. Lent.az həmin məktubu təqdim edir:

 - Möhtərəm cənab Prezident.

Sizin koronavirus pandemiyasının qarşısının alınması üçün atdığınız qabaqlayıcı addımlar tam əminliklə deməyə əsas verir ki, bu bəladan az itkilərlə çıxacağıq.

Cənab Prezident, bizim sağlamlığımızın qeydinə qaldığınız üçün Sizə minnətdarlığımızı bildiririk. Belə bir çətin vaxtda rayonumuza səfər etdiniz, möhtəşəm Olimpiya İdman Kompleksinin, Dövlət Rəmzləri Muzeyinin, Tərtər Elektrik Yarımstansiyasının, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 21,5 kilometr olan Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı yolunun açılışlarını etdiniz. Biz tərtərlilər haqqında dediyiniz “Mən aprel döyüşlərindən sonra burada olarkən tərtərlilərin mərdliyini bir daha gördüm. Gördüm ki, onlar öz torpağından heç yerə gedən deyillər. Gördüm ki, bütün təhlükələrə baxmayaraq, öz torpaqlarında möhkəm dayanıblar” sözləri bizim vətəndaş məsuliyyətimizi, vətənpərvərliyimizi daha da artırıb.

Cənab Prezident, Tərtər rayonu, onun sakinləri haqqında dediyiniz xoş sözlərə, insanlarımıza verdiyiniz yüksək dəyərə görə Sizə minnətdarıq.

Tərtərlilər Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər,

Vətənimizə və Sizə sadiqdirlər.

Hörmətlə,

Əhmədov Etibar

Azərbaycan Respublikası, Tərtər rayonu.

# 2698
avatar

Oxşar yazılar