19:56
27 İyun 2020

Yayda dəri xəstəliklərindən necə qorunmalı?

Dəri xəstəliklərinə daha çox yay aylarında rast gəlinir. İnsanların təbiətlə daha çox təmasda olması onların çoxlu virus qapmalarına gətirib çıxarır. Günəş şüası isə dəri xəstəliklərinin daha da ağırlaşmasına gətirib çıxarır.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, dəri xəstəliklərinin müalicəsi uzun vaxt aparır. Onlar zədələyici təsirə malikdirlər. Virus tez bir zamanda yayılır və bəzən də epidemiya xarakteri daşıyır. Bəzən kiçik bir qızartı böyük dəhşətli yaraya çevrilə bilər. Buna görə də dəri xəstəliklərinin qarşısını əvvəlcədən almaq vacibdir.

Piodermiya
Ağır dəri iltihabıdır. Xəstəlik zamanı dəridə irinli səpkilər əmələ gəlir. Bunların qarşısını ev şəraitində almaq mümkündür:

Təsirli məlhəm:
· Sürvə, nanə və çobanyastığından eyni miqdarda götürüb qarışdır. Qarışıqdan 3 xörək qaşığı götürüb, 4 stəkan suya töküb, yarım saat saxla. Sonra onu süzüb, su ilə otu ayır. İslanmış otları irinli səpkilərin üstünə düzüb, 20 dəqiqə saxla. Otları götürdükdən sonra, dəmlənmiş suya batırılmış pambıqla sil.

· Mərəçüyüdün (sparja) kökündən, gövdəsindən və ot hissəsindən götürüb qarışdır. Alınan qarışıqdan 3 çay qaşığı götürüb, 1 stəkan suya töküb, ağzıbağlı qabda 2 saat saxla. Bu məlhəmdən gündə üç dəfə 2 xörək qaşığı içmək piodermiyanı sağaldır.

Çiban
Müəyyən səbəblərdən dəridə əmələ gələn iltihablı yaradır. Çibanın çıxmasına natəmizlik səbəb olur.

Yumurtalı dərman
· Bir yumurtanı təmiz qaba çırpıb, üstünə 1 çay qaşığı bal və azca un töküb qarışdır. Alınan məlhəmdən bir az götürüb, çibanın üstünə qoyub, tənziflə bağla. Məlhəmi hər 4 saatdanbir dəyişdir.

Dolama
Kəskin irinli böyük yaradır. Əsasən, barmaqda rast gəlinir. Vaxtında müalicə olunmasa barmaqda dərin qüsur qala bilər.

Yaranı sağaltmaq üçün:
Məlhəm üçün sənə 50 qr. kanifol, donuzun iç piyi və arı mumu lazım olacaq. İçərisi su ilə dolu olan qabı sobaya qoy. Su qaynayanda üstünə başqa bir qab qoyub, içərisinə arı mumunu və xırdalanmış kanifolu töküb əriyənə qədər qarışdır. Sonda donuzun iç piyini əlavə edib ərit. Məlhəmi dolamanın üstünə qoyub, bintlə sarı. 2 gündən sonra irin sağalacaq.

Dİgər xəbərlər