Orqanizmi cavanlaşdıran MƏLHƏM
27 iyun 2020 15:08 (UTC +04:00)

Orqanizmi cavanlaşdıran MƏLHƏM

Orqanizmin cavan qalması immunitetin güclü olması, sağlamlıq, xəstəliklərdən sığortalanmaq deməkdir. Bunun üçün daim sağlam qidalanmalı, səhhətinizin qayğısına qalmalısınız.

Lent.az axşam.az-a istinadən xəbər verir ki, ev şəraitində hazırlaya biləcəyiniz bir çox məlhəmlər var. Onlar sizi xəstəliklərdən qoruya, immunitetinizi gücləndirə bilər.

Orqanizmi cavanlaşdıracaq məlhəm üçün aşağıdakılar lazımdır:

Solmaz çiçəyi, çobanyastığı, tozağacı tumurcuğu və boymadərəndən 100 qr. götürüb, qarışdırıb, bir bankaya tökün. 1 çay qaşığı qarışıqdan götürüb, 1 stəkan qaynar suya töküb, su vannasında 15 dəqiqə saxlayın. Gündə 1 dəfə bu məlhəmi içmək lazımdır. Müalicə qarışıq qurtarana qədər davam etdirilməlidir. 1-2 il aradan sonra müalicəni yenidən davam etdirmək olar.

Sadalanan otlar apteklərdə satılır.    

# 10471
avatar

Oxşar yazılar