Argentina millisinin sabiq baş məşqçisi Karlos Bilardo koronavirusa yoluxub.
Apasport.az saytının məlumatına görə, bu barədə 82 yaşlı mütəxəssisin qardaşı Xorxe Bilardo danışıb.
O bildirib ki, Karlos Bilardo qocalar evində bu virusa yoluxub və həkim nəzarətində təcrid olunub: "Pandemiya səbəbindən onu görə bilmirik, ancaq telefonla danışırıq. O, böyük bir reabilitasiya mərkəzindədir. Orada xəstələrə çox yaxşı qulluq edirlər".
Qeyd edək ki, Karlos Bilardo 1983-1990-cı illərdə Argentina millisini çalışdırıb.
 
                            
                        Sabiq baş məşqçi qocalar evində virusa yoluxdu
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                 
    