19:08
25 İyun 2020

"Qalatasaray" "Sevilya"nın qapıçısını istəyir

"Sevilya"nın qapıçısı Serxio Riko Türkiyəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı qolkiper "Qalatasaray"ın diqqət mərkəzinə düşüb.

Fernando Musleranın uzunmüddətli sıradan çıxması səbəbindən qapıçı axtarışına çıxan Super Liqa təmsilçisi ispaniyalının çərçivəni layiqincə qoruyacağını düşünür. Ötən mövsümü icarə əsasında PSJ-də keçirən Rikonun transferi ilə bağlı klublar arasında danışıqlara start verilib.

Qeyd edək ki, "Sevilya"nın yetirməsi olan Serxio Riko 2018/19 mövsümündə icarə əsasında "Fulhem"də çıxış edib.

Dİgər xəbərlər