976
12:05
25 İyun 2020

Meşədən ağac kəsib aparmaq istəyirdi, cəzalandı - FOTO

Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları gecə saatlarında İsmayıllı rayonunun Qalıncaq meşəbəyliyinin 3 saylı dolayında müxtəlif növlü beş ağacın kəsilməsi faktı aşkar ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilnə məlumata görə, təcili tədbirlər nəticəsində, polis əməkdaşlarının köməyi ilə ağacları kəsən şəxsin "23-BG-880" dövlət nömrə nişanlı "Qazel" markalı avtomobillə meşə ərazisindən uzaqlaşmaq cəhdinin qarşısı alınıb. Qanun pozucusunun İsmayıllı rayon sakini İlyas Baxışov olduğu məlum olub.

Faktla bağlı akt, protokol tərtib edilib və İ.Baxışov 1332 manat məbləğində cərimə olunub.

ETSN İsmayıllı əhalisinə, xüsusilə də ağacların kəsildiyi meşə sahəsinə yaxın Qalıncaq kəndinin sakinlərinə müraciət edir ki, meşə sərvətlərinə bu cür münasibət bəsləyən həmkəndlilərini qaydaları pozaraq ağac kəsməkdən çəkindirsinlər, tənbeh etsinlər, ictimai yerlərdə qınasınlar, meşələrin mühafizə olunmasında köməklik göstərsinlər.