10:48
25 İyun 2020

Telegram-a videozəng əlavə edildi: Funksiyanı necə aktivləşdirmək olar?

Aprel ayında Telegram tərtibatçıları qeyd etmişdilər ki, onlar bu ilin sonuna kimi messencerə təhlükəsiz qrup videozəngləri əlavə etməyi planlaşdırırlar. Güman olunurdu ki, bu funksiyanı yaxın müddətdə gözləmək lazım deyil.

Lent.az "technote"a istinadən xəbər verir ki, gözlənilmədən Telegram-ın beta versiyasına videozəng funksiyası əlavə edilib.

Videozəng funksiyası Telegram-ın iOS üçün olan 6.3 nömrəli beta versiyasına əlavə edilib. Sözügedən beta versiyada videozəng funksiyası deaktiv şəkildədir.

Dİgər xəbərlər