07:10
25 İyun 2020

Rusiyanın son nəsil zirehli maşını paradda yandı - VİDEO

Rusiyanın paytaxtı Moskva şəhərində iyunun 24-də faşizm üzərində qələbənin 75 illiyi münasibəti ilə keçirilmiş hərbi paradda xoşagəlməz hadisə baş verib.

Lent.az -ın “Azeri Defence”yə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə paylaşılan görüntülərdə “Qızıl Meydanda tərk edən zirehli döyüş maşınlarından birini qəfil tüstü bürüyüb.

Vətəndaşların paylaşdıqları görüntüdən aydın olub ki, yanan Rusiyanın “yeni nəsil” döyüş maşınlarından sayılan “Bumeranq” zirehli döyüş maşınıdır.

Yanğının səbəbi bilinmir.

Qeyd edək ki, bir neçə həftə əvvəl “Rosoboroneksport” SC “Bumeranq”a xarici dövlətlərdən böyük marağın olduğunu və zirehli döyüş maşınının ixracı üçün marketinq kampaniyasına başlandığını elan edib.

Dİgər xəbərlər