2782
00:01
25 İyun 2020

Lent.az-ın 12 yaşı tamam oldu

Bu gün Lent.az -ın fəaliyyətə başlamasından 12 il ötür.

www.lent.az resursu 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Hazırda Azərbaycanda ana dilində ən çox oxunan informasiya resurslarından biridir.

Sayt gündəlik və operativ xəbər istehsalı ilə yanaşı, oxucularına həm də reportajlar, araşdırmalar, siyasətdən şou-biznesə qədər geniş spektrdə maraqlı materiallar təqdim edir.

Saytda ölkə və dünyanın maraqlı insanları haqda portret yazılar, yaxın və uzaq tarixin ən qaranlıq məqamları ilə bağlı mühüm yeniliklər işıq üzü görür. Lent.az siyasət, sosial, kriminal, iqtisadiyyat, dünya, avtomobil, mədəniyyət, şou-biznes, idman, life, texnologiya kimi sahələr üzrə hər gün 100-dən çox xəbər, müsahibə, reportaj və yazılar hazırlayır.

Sayt maraqlı layihə və rubrikaları, fasiləsiz xəbər təminatı ilə qısa müddətdə populyarlıq qazanıb. Portal bu günədək 360 minə yaxın materialı oxuculara təqdim edib.

Pandemiya dövründə, karantin günlərində də Lent.az oxucularının bütün mənalarda yanında olur. Oxunma sayından və eləcə də sosial şəbəkələrdəki səhifələrimizdən bəlli olur ki, oxucuların da diqqəti xeyli artıb. Diqqətiniz və bizə ayırdığınız zaman üçün sizlərə minnətdarıq. Tezliklə qarşınıza daha maraqlı layihələr və yeni dizaynla çıxacağıq. Bizi izləməkdə davam edin.