“Naməlum Axundzadə” tamaşası oynanılacaq
24 iyun 2020 16:23 (UTC +04:00)

“Naməlum Axundzadə” tamaşası oynanılacaq

Azərbaycan Dövlət “Yuğ” Teatrında “Naməlum Axundzadə” tamaşası növbəti dəfə iyunun 27-də saat 19:00-da sənət ocağının sosial şəbəkədəki hesabları vasitəsilə nümayiş olunacaq.

Teatrdan Lent.az-a bildirilib ki, M.F.Axundzadənin komediyaları və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı əsasında hazırlanan tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamları Leyla Əliyeva və Umay Həsənova, musiqi tərtibatçısı Ramiq Mehdi, rejissor assistentləri Ər Toğrul Kamal və Aytən Məmmədovadır.

Janrı esxataloji komediya kimi təyin olunan tamaşada əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Vidadi Həsənov, Elxan Yunis, aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova, Amid Qasımov və Hikmət Rəhimov çıxış edəcək.

 

</ins'>

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7763

Oxşar yazılar