06:18
23 İyun 2020

Bağdadın Beynəlxalq Hava Limanı raket atəşinə tutuldu

Bazar ertəsi Bağdad Beynəlxalq Hava Limanı raketlə vurulub.

APA xəbər verir ki, bu barədə Reuters hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, raketlər Bağdadın qərbində yerləşən yaşayış məntəqələrindən birindən atılıb. Dağıntılar və itkilər barədə məlumat verilməyib.

Hücumun arxasında kimin olduğu hələlik məlum deyil.

Dİgər xəbərlər