1927
13:36
22 İyun 2020

Daha 99 obyekt cəzalandırıldı - FOTOLENT

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydləri davam etdirir.

Agentlikdən Lent.az -a verilən məlumata görə, iyunun 21-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 124 ictimai iaşə obyekti, 186 ərzaq satışı mağazası olmaqla ümumilikdə 310 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. Reyd keçirilən obyektlərdən 99-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.

Aşkarlanan faktlarla bağlı həmin müəssisələr barəsində qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır:

Qəbələ rayonunda Qəribov Elxan Həmdiyə oğluna məxsus “Elxan həftə bazarı”;

Neftçala rayonunda Lətifov Qalib Heydər oğluna, Dadaşov Qəni İsrafil oğluna, Mirzəyeva Vüsalə Əlipaşa qızına və Sultanov Rəşad Rauf oğluna məxsus ərzaq mağazaları;

Şamaxı rayonunda “Türk yarpaq dönəri” restoranı, “Sarvan” market, “Ülvi”
market, “VİP” market, “Ruzi” market, “Bəyaz” market;

İsmayıllı rayonunda “Göl istirahət guşəsi” restoranı;

Ağstafa rayonunda Kosayev Qara Mirzə oğluna məxsus kafe;

Quba rayonunda Hacıyev Qoşqar Zamir oğluna və Ramazanov Natiq Qulammirzə
oğluna məxsus ərzaq mağazaları;

Beyləqan rayonunda “Xan qızı” restoranı, “3 qardaş” kafe, “Beta” ərzaq mağazası
və “Oba” market;

Zərdab rayonunda “Balıq” restoranı.