Milli Məclisin iclasları təxirə salınır - Bu tarixədək
22 iyun 2020 11:56 (UTC +04:00)

Milli Məclisin iclasları təxirə salınır - Bu tarixədək

Milli Məclisin fəaliyyəti sərtləşdirilmiş karantin rejiminə uyğunlaşdırılır.

APA-nın məlumatına görə, bununla əlaqədar Milli Məclisin plenar iclaslarının iyulun 5-dək keçirilməməsi nəzərdə tutulur.

Artıq bununla bağlı Milli Məclisin komitə sədrlərinə və komitə sədrlərinin müavinlərinə məlumat verilib.

Bununla belə, zərurət yaranacağı təqdirdə iclas keçirilə bilər.

Milli Məclisin Aparatına da iyulun 5-dək məhdud sayda işçi cəlb etmək tapşırılıb.

Qeyd edək ki, iyunun 21-dən iyulun 5-dək Bakıda və daha 7 şəhər və rayonda xüsusi karantin rejiminin sərtləşdirilməsi tətbiq olunub.

# 3247
avatar

Oxşar yazılar