1909
11:50
20 İyun 2020

Rayonlara getməyə cəhd edən 5000-ə qədər maşın geri qaytarıldı - DYP


“Artıq ikinci gündür Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ərazisində yaşayan şəxslər rayonlara getməyə cəhdlər edirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

K.Əliyev deyib ki, dünən axşam 5 minə qədər avtomobil geri qaytarılıb: “Həmin avtomobillərdən 4000-i Bakı, 1000-i isə rayon istiqamətində geri qaytarılıb. Həmin insanlar buna cəhd etməsinlər. İnsanlar DİN-in “qaynar xətti”nə zəng vuraraq buraxılıb-buraxılmayacaqlarını öyrənməlidirlər. Hətta vətəndaşların icazəsi varsa belə onlar mübahisə yaratmasınlar. Vətəndaşlar “102” və digər nömrələrə zəng edə bilərlər. Müraciət araşdırılacaq və icazə varsa, hərəkətə imkan yaradılacaq”.