Yerdəyişmə müsabiqəsində müəllimlərdən bu sənədlər tələb olunmayacaq
20 iyun 2020 01:21 (UTC +04:00)

Yerdəyişmə müsabiqəsində müəllimlərdən bu sənədlər tələb olunmayacaq

 

İyun ayının 21-dən etibarən tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqədar olaraq müəllimlərin yerdəyişmə müsabiqəsində vakant yer tutmuş namizədlərdən əmək kitabçası və əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış tələb olunmayacaq.

APA-nın məlumatına görə, bu barədə Təhsil İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, namizədlər şəxsi səhifələrinə yalnız təhsil haqqında sənəd və ona əlavəni skan edərək vahid fayl şəklində pdf formatında yükləyəcəklər. Sənədlər yoxlanıldıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Təhsil haqqında sənəd və ona əlavəni şəxsi səhifəyə yükləmək üçün son tarix 1 iyuldur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2115

Oxşar yazılar