2989
19:34
19 İyun 2020

2000 illik sirrin üstü açıldı

Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun mütəxəssisləri Kolima ştatında aşkar edilmiş qədim qaya rəsmlərini deşifrə ediblər.

Lent.az AMEA-ya istinadən xəbər verir ki, minlərlə il əvvəl Fueqo-de-Kolima vulkanı ilə atılmış daşdakı petroqlifin coğrafi xəritə olduğu müəyyən edilib.

Daşın üzərində məskunlaşılmış məntəqələrin yerləşdiyi ərazilər yumru elementlərlə qeyd olunub, çaylar isə xətlər şəklində təsvir edilib. Alimlərin fikrincə, bu üsulla qədim sakinlər ərazilərdə hərəkət etməklə yanaşı, həm də qəsəbələrin sərhədlərini müəyyənləşdirir və bu informasiyanı nəsildən nəsilə ötürürdülər.

Petroqlifin dəqiq yaşı təyin edilməyib, lakin tədqiqatçılar hesab edirlər ki, qaya rəsmləri Kolimada təxminən 2000 il əvvəl meydana çıxıb.