1195
09:09
19 İyun 2020

Dahilərin, yaradıcı insanların problemi

Psixiatr, Uzman Həkim Azər Bağırov e-tibb.az üçün yazdı:

Yaradıcı olmaq ruhi və psixoloji problemlərlə bir yerdə ola bilər. Cəmiyyətdə yaradıcılıq anadangəlmə, genetik keçən bir xüsusiyyət olaraq görülür. Əslində isə yaradıcılıq qeyri-adi (out of box) formadır. Bu insanlar qarşılarına çıxan problemlərin həllinə, ortalama bir insandan fərqli baxma, daha estetik yanaşma, yeni bir baxış aspekti gətirərək, kəşflərə imza atan insanlar olurlar.

Belə vəziyyətdə, hər kəsin qarşılaşdığı günlük problemləri görüb, fərqli və təzə yanaşma, həll yolu gətirməyimiz yaradıcılıq olaraq qiymətləndirilə bilər.
Yaradıcı insanların zəka səviyyəsi də yüksək olur. Ancaq təkcə bu fərqin yaradıcı olmaq üçün bəs etmədiyi görülür. Aparılan bir tədqiqatda IQ səviyyəsinin 120-dən yuxarı olmasının yaradıcılıqla əlaqəli olmadığı göstərilir. Lakin zəkası yüksək insanların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirə bildikləri görülüb.
Psixoanaliz teoriyası yaradıcı insanların şüuraltı enerjilərini (libido və aqressiya) müxtəlif kanallarla, xüsusi ilə sənət və yaradıcılıq kanalları ilə doyuma çatdırdıqlarını qeyd edir.

Z.Freydə görə, insan psixikasının 3 qatı vardır:

İd
Ego
Superego

İd qatında insanın doğumundan etibarən mövcud olan şüuraltı enerji vardır. Bu enerji libido(cinsi enerji) və aqressiya (məhv etmə enerjisi) adlanır.
İd qatındakı bu enerji mütəmadi olaraq boşalmağa çalışır, ancaq insanlar cəmiyyət halında yaşadıqları üçün, cinsi və aqressiya enerjisinin hər vaxt boşalması mümkün olmur.

Buna superego bir mənada icazə vermir. Burada ego-nun rolu isə, həm şüuraltının enerjisini boşaltmasının yollarını tapmaq, həm də bunu superegonun icazəsi daxilində etməkdir. Bunun üçün ego müəyyən mexanizmlərdən istifadə edir. Yaradıcılıq da bu mexanizmlərin ali (təkmilləşmiş) olanlarındandır. Digər ali ego mexanizması isə yumordan istifadə etməkdir.
Bir başqa tədqiqatda isə yaradıcı insanlar arasında bipolar xəstəliyə çox rastlandığı aşkar edilib (11%). Halbuki, cəmiyyətdə bipolar xəstəlik 2,5-3% nisbətində görülür.

Bipolar xəstəlik maniya və depressiya epizodları ilə gedən xəstəlikdir. Maniya dönəmində həyat eşqinin, özgüvənin çox artması meqalomaniya səviyyəsinə qədər çıxa bilir. Maniya dönəmində xəstələr, gəldikləri mədəniyyətə görə- Mehdi, İsa, Allahın yer üzündəki elçisi olduqlarını, seçilmiş insanlar olduqlarını, məşhur olduqlarını, insanların onları izlədiyini iddia edə bilirlər. Bu dönəmdə fiziki olaraq enerji də çox artmış olur, 203 saatlıq yuxu ilə özlərini tam dincəlmiş gümrah hiss edər və gün boyunca hərəkətdə olsalar da, yorulmazlar. Maniya dönəmində cinsəl istək, təsadüfi cinsi əlaqələr, alkoqol və narkotik istifadəsinin artması, çox pul xərcləmə və böyük borca düşmə halları da görülür. Maniya dönəmi ortalama 3 həftə- 1 ay kimi, qısa müddət çəkdikdən sonra yerini ağır depressiya dönəminə tərk edir. Depressiya dönəmində isə yuxarıda qeyd edilən əlamətlərin tam tərsi olur.
Rəssam Van Gogh, şair Nazım Hikmət, Merlin Monroe, Mel Gibson, Kurt Cobain bipolar xəstəlik diaqnozu qoyulmuş məhşurlardandır.
Dünyaca məhşur alim Albert Einsteinin isə şizofreniya xəstəliyinin xüsusi ara formasının daşıyıcısı olduğu düşünülür. Einsteinin 10 uşağının çoxunda, ağır şizofreniya daxil olmaqla bir çox ruhi xəstəliklər ortaya çıxıb…