2803
18:26
18 İyun 2020

Akademiyanın 15 əməkdaşı koronavirusa yoluxub

"AMEA-nın 12 təşkilatında ümumilikdə 15 nəfər koronavirusa yoluxub".

Bu barədə APA -ya AMEA-nın akademik katibi Əminağa Sadıqov məlumat verib.

O bildirib ki, onlardan karantin xəstəxanalarına yerləşdirilənlər var. "Onlardan ən yaşlısı 1949-cu il, ən gənci isə 1979-cu il təvəllüdlüdür",- o əlavə edib.