13:53
18 İyun 2020

İlin transferi AÇIQLANDI

“Leypsiq” klubunun və Almaniya millisinin hücumçusu Timo Verner karyerasını “Çelsi”də davam etdirəcək.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Londonlular 24 yaşlı futbolçu üçün 60 milyon avro ödəyəcəklər. Verner “Çelsi” ilə 5 illik müqavilə imzalayacaq. O, London klubuna iyul ayında qoşulacaq.

Transfer məbləğinin 15 faizi Vernerin 2016-cı ildə Leypsiq”ə keçdiyi “Ştutqart”a ödənəcək.

Hücumçu bu mövsümdə Almaniya çempionatında 29 oyunda iştirak edib, 25 qol vurub və 7 məhsuldar ötürmə verib.

Dİgər xəbərlər