18:33
17 İyun 2020

Baş nazirin maşın korteji qəzaya uğradı

Böyük Britaniyanın baş naziri Boris Consonun avtomobil korteji qəzaya uğrayıb.

APA-nın Britaniya bürosunun “Telegraph”a istinadən verdiyi xəbərə görə, qəza parlament binasının qarşısında baş verib.

Parlament binasının qarşısında aksiya keçirilən zaman hərəkətdə olan avtomobil kortejinin qarşısına etirazçı çıxıb. Sürücü avtomobilin önünə çıxan şəxsi vurmamaq üçün əyləci basıb, arxadan gəl avtomobil isə ona çırpılıb.

Hadisə B. Consonun mətbuat xidməti tərəfindən təsdiqlənib.

Bildirilib ki, hadisə zamanı B. Conson avtomobilin içərisində olub və qəza zamanı xəsarət alan olmayıb.

Dİgər xəbərlər