5518
18:18
17 İyun 2020

İcra başçısının həyat yoldaşı borcunu ödəyib - RƏSMİ

Hacıyeva Çeşmi Şəmsəddin qızının “Azəriqaz” İstehsalat Birliyinə borcu tam ödənilib.

Bu barədə Lent.az -a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Qurumdan qeyd olunub ki, bu haqda yayılan məlumatı “Azəriqaz” gündəmə gətirməyib.

Qeyd edək ki, Ç.Hacıyeva Ağstafa rayonuna bu yaxınlarda icra başçısı təyin olunan Seymur Orucovun həyat yoldaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin qızıdır.