18:04
17 İyun 2020

Avropa kuboklarının iştirakçıları bu tarixədək müəyyənləşməlidir

UEFA-nın İcraiyyə Komitəsinin qərarları bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın baş katibi Corco Marketti açıqlayıb.

Qurumun İcraiyyə Komitəsinin bu gün təşkil olunan iclasından sonra mətbuat konfransı keçirən Marketti aşağıdakı qərarların qəbul edildiyini bildirib:

- Çempionlar Liqasının 2019/20 mövsümü “Səkkizlər finalı” formatı ilə başa çatdırılacaq. Portuqaliyanın Lissabon şəhərində təşkil olunacaq turnirin qarşılaşmaları avqustun 12-23-də baş tutacaq. Burada 1/4, 1/2 final və həlledici qarşılaşma keçiriləcək.

- Növbəti mövsümün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması oktyabra planlaşdırılır.

- Avropa Liqasının 2019/20 mövsümü də eyni formatda Almaniyanın 4 şəhərində təşkil olunacaq. Köln, Düssüldorf, Duysburq və Helzenkirhendəki qarşılaşmalar avqustun 10-21-də keçiriləcək.

- Milli assosiasiyalar və liqalar avrokubokların 2020/21 mövsümünün iştirakçılarının siyahısını avqustun 3-dək UEFA-ya təqdim etməlidir.

- Yeni mövsümün təsnifat mərhələləri bir oyundan ibarət olacaq. Meydan sahibləri püşklə müəyyənləşəcək.

- Millətlər Liqasının bərpası sentyabr ayına planlaşdırılır.

- AVRO-2020-nin ev sahibi olan 12 şəhərin siyahısında dəyişiklik edilməyib.

Dİgər xəbərlər