2086
00:10
15 İyun 2020

Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə “Instagram” səhifəsində paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda deyilir:

”Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!”.