19:40
10 İyun 2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 5 nəfər də artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) daha 5 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 827 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 3230 nəfər karantində saxlanılır, 285 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Yoluxanlardan 690 nəfər sağalıb, 13-ü isə dünyasını dəyişib.

Dİgər xəbərlər