19:32
10 İyun 2020

Ronaldo “Instagram”da milyonlar qazandı

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo “Instagram”da ötən il ən çox qazanan idmançıların siyahısında birinci olub.

Lent.az Lenta.ru-ya istinadla bildirir ki, məlumata görə, onun ümumi gəliri 50,3 milyon dollar olub. O, il ərzində sosial şəbəkədə 43 reklam postu yayıb və buna görə 1,17 milyon qazanıb. Beləliklə, Ronaldonun “Instagram”dakı qazancı “Yuventus”dakı əmək haqqını üstələyib. Turinlilərlə müqaviləyə görə portuqaliyalı 33 milyon dollar alır.

İkinci sırada “Barselona”nın hücumçusu Lionel Messidir. Onun ötən il “Instagram”dan gəliri 30,4 milyon dollar təşkil edib. Üçlükdə hindistanlı kriket oyunçusu Virat Kohlidir (15,7 milyon).

Dördüncü və beşinci yerləri Devid Bekhem (11,6 milyon) və Neymar (8,1 milyon) tuturlar.

Beləliklə, məlum olur ki, məbləğə görə Ronaldu Messi, Neymar və Bekhemin üçündən daha çox qazanıb.

Dİgər xəbərlər