13:02
10 İyun 2020

Kim haradan geyinir? - Bu məşhur bizim üçün qarderobunu açdı

Lent.az bu dəfə də yeniliklərlə qarşınızdadır. Bu gündən etibarən “Kim haradan geyinir?” adlı rubrikamıza start verdik. Belə ki, bu rubrikada sizlər tanınmışların haradan və necə geyindiklərindən xəbərdar olacaqsınız.

Eyni zamanda dəb, dünya brendləri və ümumilikdə moda aləmində baş verən yenilikləri birlikdə öyrənəcəyik. Bu yolda bizə yoldaşlıq edəcək tərəf tanınmış simalar olacaq. Maraqlıdır, məşhurlar hansı brendlərə üstünlük verir? Daha çox hansı markanın məhsullarından istifadə edirlər? Gündəlik yoxsa özəl günlərdə brend geyimlərə üz tuturlar? Bir sözlə, əksər hallarda tez-tez dəyişə dəbə bir də məşhurların gözü ilə baxacağıq. Rubrikamızın ilk qonağı 2014-cü ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən müğənni Dilarə Kazımovadır.

Yerli şou-biznesdə geyim tərzi ilə xüsusilə fərqlənən bəzən məhz geyiminə görə sərt tənqidlərlə rastlaşan müğənni haradan geyinir? Özünün dediklərini sizə çatdırırıq.

Gündəlik həyatında daha çox idman üslublu geyimlərə üstünlük verir. Müğənni müraciət etdiyi markaların adını belə sıralayır - Chanel, Hermes və Quantum, Rose. Amma ən sevdiyi isə Tom Forddu. Dəblə geyinməyi sevən ifaçı Chaneldən aldığı bir çantaya nə az, nə çox 2500 dollar pul verib. Dilarə xanımları xəbərdar etməyi də unutmayıb. Bildirdi ki, Chanelin məhsulları heç vaxt endirimdə olmur və belə halla rastlaşsanız, əmin olun ki, orginal məhsul deyil.

Geyimdə qara, ağ, qırmızı rəngləri sevən müğənni bürünc makiyaja üstünlük verir və hətta qeyd edir ki, özünü qırmızı dodaq boyasız təsəvvür edə bilmir.

Tez-tez dəyişməyi sevən Dilarə qıvrım saçlarını da çox sevirmiş. Bir dəfə saçının rəngin dəyişmək eşqinə düşüb, ona da tanınmış stilist Anar Ağakişiyev imkan verməyib. Müğənni bunun əvəzində rəngli pariklər istifadə etdiyini söylədi: “Fərqlilik axtarıram, bir yolu ikinci dəfə eyni istiqamətdən getmək belə məni sıxır və ümumilikdə ruhuma bağlı insanam, çox gözəl görünə bilərəm amma əhval-ruhiyyə yerində deyilsə, hər şey alt-üst olacaq”.

Rubrikamızın növbəti qonağı Xalq artisti olacaq.

Dİgər xəbərlər