Bakıda polisə belə müqavimət göstərdilər - FOTO
07 iyun 2020 11:02 (UTC +04:00)

Bakıda polisə belə müqavimət göstərdilər - FOTO

 

Paytaxtın Xətai rayonunda xüsusi karantin rejim qaydalarına zidd olaraq, mövcud preventiv tədbirlərin şərtlərini pozan şəxs polis əməkdaşlarına müqavimət göstərib.

 

Bu barədə Lent.az-a Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

 

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb.

 

Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

# 10933
avatar

Mehman Nəbiyev

Oxşar yazılar