"Yuventus"dan transfer - 5 illik müqavilə
06 iyun 2020 19:44 (UTC +04:00)

"Yuventus"dan transfer - 5 illik müqavilə


"Verona"nın futbolçusu Maraş Kumbulla komandasını dəyişib.

Apasport.az saytının məlumatına görə, Albaniya millisinin üzvü gələn mövsümdən "Yuventus"un formasını geyinəcək.

Klublar 20 yaşlı mərkəz müdafiəçisinin transferində anlaşıblar. Bu keçid "Verona"ya 32 milyon avroluq gəlir qazandıracaq. Kumbulla mövsümün sonunda Turin təmsilçisi ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, "Verona"nın yetirməsi olan Maraş Kumbulla 2017-ci ildən əsas komandanın formasını geyinir.

# 4720
avatar

Oxşar yazılar