Maskaların istifadəsinə dair YENİ TƏLİMAT
06 iyun 2020 15:00 (UTC +04:00)

Maskaların istifadəsinə dair YENİ TƏLİMAT

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib.

ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-ya bildirilib ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır. 

Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib.

 

Təlimatda səhiyyə müəssisələrində işləyən bütün işçilərin maska taxmalı olduğu bildirilib. Həmçinin 60 yaşdan yuxarı və sağlamlıq problemləri olan insanlara ictimai yerlədə olarkən və sosial məsafənin mümkün olmadığı yerlərdə tibbi maska taxması tövsiyə olunub. 

Təlimatda ÜST hökumətlərə ictimai nəqliyyatda, mağazalarda, digər qapalı və ya izdihamlı mühitdə xalqa maska taxmağı təşviq etmələri tövsiyə edilir.

ÜST-ün digər təlimatı isə parça maskalarla bağlıdır.

ÜST üçqat parça maskalardan istifadəni tövsiyə edib. Təlimata əsasən, belə maskalar yüksək temperaturda tez-tez yuyulmalıdır.

 

# 11380
avatar

Oxşar yazılar