Birminhem Universitetinin tələbəsindən Prezidentə MİNNƏTDARLIQ
06 iyun 2020 13:20 (UTC +04:00)

Birminhem Universitetinin tələbəsindən Prezidentə MİNNƏTDARLIQ

 

Dünyanı cənginə almış koronavirus epidemiyasına qarşı bütün ölkələr səfərbər olunub. Bir sıra ölkələrdən fərqli olaraq, Aərbaycan dövləti həm ölkədaxili, həm də xaricdə yaşayan vətəndaşlarının yeni növ virusdan maksimum səviyyədə qorunmasına çalışır. Məhz dölətimizin təxirəsalınmaz bu addımına görə ölkə xaricində olan vətəndaşlarımız da Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu yazmaqdadır.

Lent.az onlardan birinin - Böyük Britaniyanın Birminhem Universitetinin dokturanturasında təhsil alan İsmayılova Nərmin Tofik qızının məktubunu təqdim edir:

“Hörmətli cənab Prezident.
Mən, İsmayılova Nərmin İngiltərənin Birminhem Universitetində doktorantura təhsili alıram. Bütün dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar İngiltərədə də karantin rejimi elan edildi və bu rejim hələ də davam edir. Karantin rejiminə görə iş yerlərinin bağlanması xaricdə oxuyan və eyni zamanda işləyən tələbələrin həyatında maddi cəhətdən çətinlik yaratdı. Eyni problemi tələbə olaraq mən də yaşadım. Maddi vəziyyətimə görə ölkəmizin İngiltərədəki səfirliyinə müraciət etdim. Səfirliyin əməkdaşları vəziyyətimdən xəbər tutan gündən mənimlə mütəmadi əlaqə saxlayır, maarifləndirici tövsiyələr verərək mənə maddi və mənəvi dəstək olurlar. Hər zaman dövlətimizin köməyini hiss etmişəm və buna görə də hörmətli Prezident, dəstəyinizə görə Sizə təşəkkürümü bildirirəm”

# 6472
avatar

Rəşad Sarıyev

Oxşar yazılar