"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlandı
06 iyun 2020 12:30 (UTC +04:00)

"Dərs vaxtı"nın iyunun 8-nə olan cədvəli açıqlandı


Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" kanallarında yayımlanan "Dərs vaxtı" proqramının 8 iyun tarixinə olan cədvəli açıqlanıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da - Fiziki tərbiyə; 10:10-da X sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 11:15-də VI sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:05-də V sinif – Riyaziyyat, Tarix, İnformatika-Rəqəmsal bacarıqlar; 12:45-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, İngilsi dili, Musiqi; 13:30-da III sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili, Musiqi; 14:00-da II sinif – Azərbaycann dili, Riyaziyyat, İngilis dili; 14:40-da I sinif – Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 15:15-də futbol dərsi olacaq.

Rus bölməsi üçün 15:25-də III sinif - Rus dili, Riyaziyyat; 15:55-də V sinif - Rus dili, Riyaziyyat, İnformatika. Rəqəmsal bacarıqlar; 16:25-də VI sinif - Rus dili, Riyaziyyat, Fizika; 17:00-da VIII sinif şagirdlərinə Kimya, Coğrafiya.İnformatika. Rəqəmsal bacarıqlar; 17:25-də XI sinif – Rus dili, Riyaziyyat, Fizika dərsləri olacaq.

# 3703
avatar

Oxşar yazılar