1951
17:53
05 İyun 2020

Türkiyədən 144 Azərbaycan vətəndaşı gətirildi

İyunun 5-də “Azərbaycan Hava Yolları” QSC (AZAL) Ankaradan Bakıya çarter reysi həyata keçirib. Həmin reyslə 144 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.

AZAL-dan Lent.az -a verilən məlumata görə, ölkəyə gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.

Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.