Külli miqdarda narkotik bitki yandırıldı
05 iyun 2020 10:33 (UTC +04:00)

Külli miqdarda narkotik bitki yandırıldı

Balakəndə yabanı halda bitən çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş-2020" əməliyyat-profilaktiki tədbirləri çərçivəsində növbəti əməliyyat keçiriblər.

Bu zaman rayonun Kortala kəndi ərazisində ümumi çəkisi 2 ton 150 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1570

Oxşar yazılar