Naməlum səbəbdən bıçaqlandı
04 iyun 2020 23:12 (UTC +04:00)

Naməlum səbəbdən bıçaqlandı

 

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Çoban kəndində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Fətəliyev Ceyhun Yusif oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.

25 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

# 4774
avatar

Oxşar yazılar