2617
18:09
04 İyun 2020

Bu abiuriyentlərin imtahana qatılması doğru deyil - TƏBİB


“Abiuriyentlərin həyatında qəbul imtahanı xüsusi mərhələdir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, hansı xəstəlik səbəbindən abituriyent özünü yaxşı hiss etmirsə, imtahana qatılması doğru deyil: “Ancaq Dövlət İmtahan Mərkəzi bu halda sonradan hansı qərar qəbul edəcək, bilmirik. Biz bütün hallarda müzakirələrə hazırıq”.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı qeyd edib ki, bəzi dövlətlər 18 yaşdan aşağı uşaqların küçəyə çıxmasına qadağa qoyurdu: “Çunki kiçik yaşlı uşaqlar xəstəliyi daha çox asimptomatik, hiss olunmayan səviyyədə keçirirlər. Azyaşlıların virusu evdəki yaşlılara yoluxdurması daha asan olur. Böyükləri də xəstəlikdən qorumaq üçün müvafiq qaydalara riayət etməliyik”.