11:16
05 İyun 2020

Azərbaycanın ilk onlayn səs yarışması - VİDEO

Azərbaycanın ilk onlayn səs yarışması olan “Cover Man” artıq birinci mərhələsinə start verib.

4 gün öncə başlayan birinci mərhələ 13 gün davam edəcək. 3 gün sonrakı 10 gün boyunca hər gün CoverMan-nın YouTube səhifəsində yerləşdirilən iştirakçıların videolarından ən az bəyənmə sayı olan iştirakçı yarışmanı tərk edəcək .

Öz səsinə güvənən və istedadını geniş kütləyə çatdırmaq istəyən 18 yaşından yuxarı şəxslərin iştirak etdiyi layihənin məqsədi istedadı olan amma geniş kütle qarşına çıxmağa imkanları olmayan gənclərə dəstək olmaqdır.

Lent.az xəbər verir ki, bu cür konseptdə yarış ölkəmizdə ilk dəfə keçirilir. Gənclərə dəstək və onların gələcək karyerasında irəliləmələri üçün nəzərdə tutulmuş yarış, özünə və səsinə güvənən hər kəs üçün açıqdır. Yarışmanın seçim turu başladıqdan sonra, 200-ə yaxın iştirakçı qoşulub. “CoverMan”- in seçim kommisiyası isə , onların içərisindən 20 nəfər iştirakçını seçib. Seçilmiş 20 iştirakçıdan 5-i münsiflər tərəfindən ,5 iştirakçı isə bəyənmə sayına gorə yarımfinala, daha sonra həmin 10 nəfərdən 5-i yanlız tamaşaçıların bəyənmə sayı ilə finala qalacaqlar.

Yarışmanın münsifləri Nadir Qafarzadə,Elza Seyidcahan,Qasim Xəlilov,Yaqut Paşazadə,"RS qardaşları"qrupudur. İçtirakçılar: Araz Əsədli,Ayxan Bünyadzadə,Gülzar Feliz,Murad Azərli,Rafael Məmmədov,Aslan Nuri,Kamran Əliyev,Leyla Məmmədova,Müşviq Kazımzadə,Rəşid Əliyev,Əsgər Hacızadə,Fərid Ali,Joseph Abbas,Rəvan Cəfərli,Seymur Əliyev,Ema Atapoor,İdris Nurizadə,Kadir Özel,Murad İlyas.Rəşid Mikayılov.

Müsabiqənin qalibi klip və mahnı ilə mükafatlanacaq.

Dİgər xəbərlər