Koronavirusdan sağalanlarda immunitet yoxa çıxır?
04 iyun 2020 14:08 (UTC +04:00)

Koronavirusdan sağalanlarda immunitet yoxa çıxır?


COVID-19-dan sağalmış insanlarda koronavirusa qarşı immunitet (antitel) bir müddət yox ola bilər. e-tibb.az xəbər verir ki, bunu Rusiyadan olan virusoloq Aleksandr Semenov açıqlayıb.

O, xəstəliyi yüngül formada keçirən pasiyentlərdə infeksiyaya qarşı immunitetn olmamasının səbəbini izah edib. Mütəxəssisə görə, alimlər insan orqanizminin koronavirusa qarşı immuniteti nə qədər saxladığını hələ də bilmirlər. Bununla bağlı sualllar daha çox mövsümi xəstəliklərlə müqayisə fonunda yaranıb. Belə ki, adətən insanlarda bir dəfə infeksiyaya yoluxandan sonra ona qarşı antitel meydana gəlir, lakin növbəti epidemiyanın başlanğıcında onlar yenidən xəstələnə bilirlər.
O qeyd edib ki, orqanizmin COVID-19 infeksiyasına antitel əmələ gətirməyə vaxtı az olduğundan insan xəstəliyi ya ağır keçirir, ya  da ölür. Yüngül formalı xəstələrin immun sistemi isə infeksiya ilə digər yollarla mübarizə aparır: "Məlum oldu ki, bu virusla mübarizə o qədər də asan deyil. Bütün xəstələrdə antitelin meydana gəlməsi mənzərəsi eyni olmur. Çox yüngül  və çox ciddi şəkildə xəstələnən insanlarda ya bu antitel ümumiyyətlə, əmələ gəlmir, ya da çox azlıq təşkil edir”, - deyə virusoloq bildirib.
Həkimin sözlərinə görə, antitelin ən böyük miqdarı koronavirusu orta ağırlıqda keçirən xəstələrdə aşkar edilir. COVİD-19 -a yoluxmuş, qan plazması ilə müalicə olunaraq sağalmış insanlarda virusa qarşı immunitetin yaranma müddəti isə hələ də açıq qalır. Əvvəllər isə qeyd edilirdi ki, ümumiyyətlə, koronavirusa yoluxmayan insanlar da var. Ona görə də virusoloq müəyyən növ protein əsasında vaksin hazırlamağı təklif edib.

 

# 2275
avatar

Oxşar yazılar