İki tondan çox narkotik bitkisi yandırıldı - FOTO
04 iyun 2020 11:00 (UTC +04:00)

İki tondan çox narkotik bitkisi yandırıldı - FOTO

Zaqatalada külli miqdarda çətənə kolu məhv edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər ilə rayonun Yengiyan kəndi ərazisində yabanı halda bitən çətənə kolları aşkarlanıb.

Ümumi çəkisi 2 ton 640 kiloqram olan 5348 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1594

Oxşar yazılar