Bakı sakinindən narkotik tapıldı - Heroin, metadon...
04 iyun 2020 09:30 (UTC +04:00)

Bakı sakinindən narkotik tapıldı - Heroin, metadon...

Bakı sakinindən narkotik aşkarlanıb.

Lent.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 7-ci Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçiriblər.

Nəticədə Bakı sakini əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 47 yaşlı Ülvi Cəfərovdan 0.046 qram heroin, 2.7 qram marixuana və 0.08 qram metadon həbi aşkar olunaraq götürülüb.

# 1438
avatar

Mehman Nəbiyev

Oxşar yazılar