Yük maşınının vurduğu qadın...
03 iyun 2020 12:25 (UTC +04:00)

Yük maşınının vurduğu qadın...

Xaçmaz şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza şəhərin Atatürk küçəsində qeydə alınıb. Xaçmaz rayon sakini Əli Bəşirova məxsus “Mersedes” markalı yük maşını 55 yaşlı Ələsgərova Xanım Ələnur qızını vurub. Qadın aldığı xəsarətlərdən dünyasını dəyişib. 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

# 1987
avatar

Oxşar yazılar