Azərbaycanda FACİƏ:  məktəbli çayda boğularaq öldü
03 iyun 2020 09:32 (UTC +04:00)

Azərbaycanda FACİƏ: məktəbli çayda boğularaq öldü

Cəlilabadda 16 yaşlı məktəbli çayda boğulub.

APA-nın məlumatına görə, hadisə rayon ərazisindəki Göytəpə çayında qeydə alınıb.

Göytəpə şəhəri, M. Əzizbəyov küçəsində yaşayan, Göytəpə şəhər 2 saylı orta məktəbin 9-cu sinif şagirdi,  2004-cü il təvəllüdlü  İlqar Şəbiyev heyvan otararkən Göytəpə çayını keçmək istəyib və çaya yıxılıb.

 

Nəticədə İ. Şəbiyev boğularaq ölüb. 

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

# 1669
avatar

Oxşar yazılar