Azərbaycan filmi beynəlxalq festivallarda mükafatlar aldı
02 iyun 2020 19:42 (UTC +04:00)

Azərbaycan filmi beynəlxalq festivallarda mükafatlar aldı

Azərbaycanlı rejissor Şamil Əliyevin “Çölçü” filmi beynəlxalq film festivallarında üç kateqoriya (Ən yaxşı bədii film, rejissor və operator işinə görə) üzrə mükafatlara layiq görülüb.

Lent.az xəbər verir ki, ekran əsəri bu uğura Yaponiya, İtaliya, İsrail və ABŞ-da keçirilən beynəlxalq festivallarda imza atıb.

Müsabiqələrin nəticəsi COVID-19 pandemiyası il əlaqədar olaraq onlayn formatda elan olunub.

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Ekran əsəri 5 qitəni əhatə edən 85 beynəlxalq film festivalda iştirak edərək 45-dən artıq müxtəlif mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5198

Oxşar yazılar