Maşını kanala aşıran sürücü öldü
02 iyun 2020 10:12 (UTC +04:00)

Maşını kanala aşıran sürücü öldü

0

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, rayonun Ərçivan kəndində "LADA" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 32 yaşlı Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3260

Oxşar yazılar