Gecə saatlarında 19 yaşlı gənc bıçaqlandı
02 iyun 2020 09:27 (UTC +04:00)

Gecə saatlarında 19 yaşlı gənc bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, mayın 23-də saat 23:50-də Sabunçu rayonu Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini 2001-ci il təvəllüdlü E.Şəfiyevə bıçaqla xəsarət yetirməklə onun sağlamlığına ağır zərər vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı başlanan cinayət işi ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov müəyyən olunaraq saxlanılıb.

# 1855
avatar

Mehman Nəbiyev

Oxşar yazılar